Qaydalar və məxfilik
Son yenilənmə: 01.11.2026
1. Xidmət
Kreditlerim (Alfa Tech məhsulu) mağazalar və kreditlə satış edən bizneslər üçün onlayn idarəetmə sistemidir: kreditlər, ödənişlər, müştərilər, anbar, kapital və hesabatlar.
Qeydiyyatdan keçən şirkət («Müştəri») sistemdən öz biznesi üçün istifadə edir. Hesabı yaradan şəxs şirkətin sahibi sayılır və işçilərə ayrıca giriş verə bilər.
2. Pulsuz sınaq
Yeni qeydiyyatda 14 günlük pulsuz sınaq verilir. Sınaqda bütün imkanlar açıqdır.
Sınaq hər telefon nömrəsinə və hər şirkətə yalnız bir dəfə verilir. Təkrar sınaq üçün saxta və ya başqasının məlumatları ilə qeydiyyat qadağandır — belə hesablar xəbərdarlıqsız dayandırıla bilər.
3. Ödəniş
Sınaq bitəndə və ya istənilən vaxt «Abunə» bölməsindən paket və müddət seçilir. Sistem hər sorğu üçün xüsusi ödəniş kodu verir.
Ödəniş göstərilən kart və ya M10 nömrəsinə köçürülür, qəbz bu kodla birlikdə WhatsApp-dan göndərilir. Pul hesabımıza daxil olduqdan sonra paket qoşulur. Qəbzin şəkli tək başına ödəniş sübutu sayılmır.
Abunə avtomatik yenilənmir və kartınızdan avtomatik pul tutulmur. Müddət bitməmiş ödəsəniz, yeni müddət köhnənin bitdiyi tarixdən sonra əlavə olunur.
Ödənilmiş və təsdiqlənmiş müddət üçün pul geri qaytarılmır. Səhvən və ya artıq köçürülmüş, təsdiqlənməmiş ödəniş müraciət əsasında geri qaytarılır.
Qiymət və ya paket şərtləri dəyişsə, artıq ödənilmiş müddətə təsir etmir.
4. Abunə bitəndə
Abunə müddəti bitəndə sistemə giriş dayanır: işçilər daxil ola bilmir, şirkətin sahibi isə yalnız «Abunə» bölməsinə daxil olub ödəniş edə bilir.
Məlumatlarınız silinmir. Ödəniş təsdiqlənən kimi sistem açılır və qaldığınız yerdən davam edirsiniz.
5. Məlumatların sahibliyi
Sistemə daxil etdiyiniz bütün məlumatlar (müştərilər, kreditlər, ödənişlər və s.) sizə məxsusdur.
Biz bu məlumatları satmırıq, reklam üçün istifadə etmirik və üçüncü şəxslərə vermirik — qanunla tələb olunan hallar istisnadır.
6. Müştərilərinizin şəxsi məlumatları
Sistemdə öz müştərilərinizin şəxsi məlumatlarını (ad, telefon, FİN, şəxsiyyət vəsiqəsi və s.) saxlayırsınız. Bu məlumatları toplamaq və saxlamaq üçün «Fərdi məlumatlar haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əsasa (məsələn, müştərinin razılığına) malik olmağa siz cavabdehsiniz.
Biz bu məlumatları yalnız sizin adınıza, xidməti göstərmək məqsədilə saxlayırıq.
7. Təhlükəsizlik
Saytla əlaqə şifrələnmiş (HTTPS) kanalla qurulur, parollar açıq şəkildə saxlanılmır. Hər şirkətin məlumatları digər şirkətlərdən ayrıdır.
Bazanın ehtiyat nüsxəsi hər gün avtomatik alınır, parolla şifrələnir və təxminən 30 gün saxlanılır.
Kimin nə etdiyi şirkətin audit jurnalına yazılır.
Dəstək və texniki xidmət məqsədilə (siz problem bildirdikdə, dəstək istədikdə, sistemdə xəta aşkar edildikdə və ya məlumatların bərpası lazım olduqda) xidmət təminatçısı şirkətinizin panelinə daxil olub məlumatlara baxa bilər. Hər belə giriş və çıxış tarixi ilə birlikdə sizin audit jurnalınızda görünür. Bu girişdə görülən məlumatlar məxfi saxlanılır və başqa məqsədlə istifadə edilmir.
Parolunuzu heç kimə verməyin. Hesabınızdan sizin parolunuzla edilən əməliyyatlara görə siz cavabdehsiniz.
8. Google ilə giriş və kukilər
Google ilə daxil olsanız, Google-dan yalnız adınız və e-poçt ünvanınız alınır. Google parolunuz bizə ötürülmür.
Sayt yalnız girişinizi yadda saxlamaq və təhlükəsizlik üçün lazım olan kukilərdən istifadə edir. Reklam və izləmə kukisi yoxdur.
9. Hesabın bağlanması
Hesabınızın bağlanmasını və ya məlumatlarınızın tam silinməsini istəsəniz, bizə yazılı (WhatsApp və ya e-poçt) müraciət edin.
Saxta qeydiyyat, sınaqdan sui-istifadə, sistemə icazəsiz müdaxilə cəhdi və ya qanunsuz fəaliyyət aşkar edilərsə, hesab dayandırıla bilər.
10. Məsuliyyət
Sistem hesablamalarda və uçotda köməkçi vasitədir. Maliyyə, vergi və hüquqi qərarlara görə məsuliyyət Müştərinin özündədir.
Xidmətin fasiləsiz işləməsi üçün çalışırıq, lakin texniki işlər, hostinq və ya internet problemləri səbəbindən qısa fasilələr ola bilər.
11. Dəyişikliklər
Bu qaydalar yenilənə bilər. Əsaslı dəyişiklik olduqda bu barədə sistemdə və ya e-poçtla məlumat veririk. Yenilənmədən sonra sistemdən istifadəni davam etdirmək yeni qaydalarla razılıq sayılır.
12. Əlaqə
Sual və müraciətlər üçün: WhatsApp +994 70 872 72 70.